A

“UNEC-də bir gün” layihəsində iştirak edən məktəblilərin sayı günbəgün artır.

Layihənin budəfəki iştirakçıları Sumqayıt şəhəri 21 saylı tam orta məktəbin şagirdləri olub.

Böyük maraq və sevinclə UNEC-ə gələn 11-ci sinif şagirdlərinə öncə şərti tələbə biletləri təqdim olunub. Onlara ixtisaslar, təqaüd, mübadilə, ikili diplom, UDİD proqramları, beynəlxalq əlaqələr, imtahanların təşkili barədə ətraflı məlumat verilib. Sonra şagirdlər istəklərinə uyğun olaraq Azərbaycan və ingilis dilində dərslərdə iştirak ediblər. Məktəblilərin böyük əksəriyyəti firmanın iqtisadiyyatı, gömrük işi, marketinq, maliyyə təhlili, maliyyə və menecment, xətti cəbr (ingilis dilində) fənlərini dinləyiblər.

Dərslərdən sonra bir günlük tələbələr təəssüratlarını bölüşüblər. Fənlərin tədrisindən məmnunluqlarını ifadə edən “tələbələr” digər fənləri dinləmək və imtahanları müşahidə etmək üçün yenidən UNEC-ə gəlmək istədiklərini bildiriblər.

Qeyd edək ki, yeni tədris ilindən start verilən “UNEC-də 1 gün” layihəsi çərçivəsində Bakının 19 məktəbindən 300 şagird UNEC-in bir günlük tələbələri olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay