UNEC-də 1 gün” layihəsinə təhsilin ikinci semestrdə yenidən start verilib.

Məktəblilərin sevimli layihəsinin yeni semestrdə ilk iştirakçıları Heydər Əliyev adına liseyin 11-ci sinif şagirdləri Ülkər Rzayeva və Günay Məmmədova olub.

Məktəblilərə şərti tələbə bileti təqdim edildikdən sonra onlara fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. Maliyyə, mühasibat və audit ixtisasları ilə daha çox maraqlanan bir günlük tələbələr Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarının dərslərini dinləmək istədiklərini bildiriblər.

Muhasibat və maliyyə dərslərindən müsbət təəssüratlarla qayıdan bir günlük tələbələr UNEC-in onlara yaratdığı şərait üçün təşəkkürlərini bildiriblər: “Burada tələbə mühiti ilə tanış olandan sonra bir daha əmin olduq ki, UNEC xəyallarımızın universitetidir”.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay