A

UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Bu gün UNEC-in bir günlük tələbəsi Sumqayıt şəhər 19 saylı orta məktəbin sağırdı Şirin Şirəliyev olub. Ş.Şirəliyevə şərti tələbə bileti təqdim edildikdən sonra ona fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib, universitet ərazisində infotur təşkil edilib. Azərbaycan dilində təhsil almaq istədiyini bildirən bir günlük tələbə maliyyə ixtisasına maraq göstərdiyini deyib. “Maliyyə təhlili” fənnini dinlədikdən sonra bir günlük tələbə gününü UNEC-in zəngin kitabxanasında keçirib.

Tələbələr üçün yaradılan şəraitlə tanış olan Ş.Şirəliyev UNEC tələbəsi olmaq qürurunu yaşamaq istədiyini bildirib.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay