A

UNEC-də 1 gün” layihəsi regionun məktəblilərinin marağına səbəb olub.

Mingəçevir və Şirvan “İstək” liseyindən sonra Quba “İstək” liseyində 2-ci ixtisas qrupu üzrə təhsil alan 11-ci sinif şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verilən yeganə ali təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verilib. UNEC-in mübadilə və xüsusi təqaüd proqramları, Montpellier Universiteti ilə ikili diplom, eləcə də Universitet Daxili İkili Diplom (UDİD) proqramları bir günlük tələbələrin xüsusi marağına səbəb olub. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan məktəblilər Elektron Universitet Modeli ilə də tanış olublar. Onlara yaxın zamanda UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın fəaliyyətə başlayacağı bildirilib. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə yaradılan Yaradıcılıq Mərkəzi, Radio UNEC və İdman klubu barədə məlumat verilib.

İngilis dilində təhsil almaq istədiklərini bildirən şagirdlər Beynəlxalq İqtisadiyyat Məktəbinin dərslərində iştirak edib, I kurs tələbələri ilə görüşüblər. Bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya xidməti göstərilib, UNEC-də infotur təşkil olunub. UNEC-in İstək liseyindən məzun olan tələbələri ilə gözlənilməz görüş isə bu günü şagirdlər üçün daha da unudulmaz edib.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay