A

Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir.

Layihə çərçivəsində UNİSER özəl məktəbin və 83 saylı orta məktəbin 11-ci sinif şagirdləri UNEC-də olublar.

II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar, ikili diplom, mübadilə, UDİD, minor, xüsusi təqaüd proqramları barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Beynəlxalq İqtisadiyyat Məktəbində “İqtisadiyyata giriş” və “Xarici dil” fənlərini dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan abituriyentlər üçün UNEC-də infotur da təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, tələbə yeməkxanası ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay