A

UNEC-də “Rəqəmsal İqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən III beynəlxalq konfrans 3 bölmə üzrə fəaliyyətini davam etdirib.

“Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat, iqtisadi və sosial inkişafın əsas mühərriki kimi” adlı bölmə iclası professor Əlican Babayevin moderatorluğu və Nuriyyə Qarayevanın katibliyi ilə keçib. Bölmədə prof. Əlican Babayev rəqəmsallaşma proseslərinin inkişafı şəraitində siyasi iqtisadiyyatın yeni perspektivləri və vəzifələrindən danışıb. Sonra konfransa təqdim olunan məqalələrin müəllifləri rəqəmsal texnologiyaların ölkədə tətbiqi, rəqəmsallaşma şəraitində bazar və qeyri-bazar mexanizmlərinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi, əmək bazarına çıxışın rəqəmsallaşması və sosial sahənin informasiya-kommunikasiya infrastrukturunun inkişafı məsələləri barədə çıxış ediblər.

Dosent Təranə Əliyevanın moderatorluğu və Ofeliya Mazanovanın katibliyi ilə keçirilən ikinci bölmə iclası “Rəqəmsal iqtisadiyyat və ali təhsil sistemi: əsas tendensiyalar və maneələr” mövzusunda olub. Bölmədə Azərbaycanda təhsilin rəqəmsallaşdırılması, rəqəmsallaşmanın ali təhsilin effektliyinin yüksəldilməsində rolu, Data Mining prosesləri ilə verilənlərin təhlili və digər mövzularda məruzələr dinlənilib.

Konfransın 3-cü bölməsi “Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatin maliyyə sektoru” mövzusu üzrə olub. Nigar Aşurbəylinin moderatorluğu, Zöhrə Məmmədovanın katibliyi ilə keçirilən iclasda prof.Mehmet Yüce “Dijitelleşmenin Vergileme üzerindeki etkisi ve OECD uygulama”, i.e.n. Elşad Səmədzadə “İqtisadiyyatın rəqəmsallıq xassəsi və imkanlar”, Gunel Əmrahova “Green digital finance: theoretical framework”,dos. Zakir Zeynalov “Rəqəmsal ödənişlərin nağdsız hesablaşmaların artımına təsiri və maliyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdıran amillər” və digər iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Bölmə iclaslarında təklif və tövsiyələr hazırlanaraq, elm komitəsinə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay