A

27-29 fevral və 2 mart tarixlərində UNEC Rəqəmsal Könüllülər Təşkilatı təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyi partnyorluğu ilə UNEC-də “Green Energy UNEC Days” adlı layihə həyata keçiriləcək.

Layihənin məqsədi alternativ və bərpa olunan enerjilərin rolunu artırılması, ətraf mühitin qorumasının təmin edilməsi, enerjiyə qənaət və s. mövzularda intellektual yarış, tədqiqat və texnoloji modellərin hazırlanmasıdır.

Layihəyə çərçivəsində görüləcək işlər:

27 fevral - 30-dan çox tələbənin iştirakı ilə ağacəkmə aksiyasının keçirilməsi.

28 fevral, 11:00, UNEC I tədris binası:

  • Eko İnnovasiya Çağırışı: “Gələcəyi Davamlı Yaşıllaşdırma” mövzusunda intelektual yarış;
  • Yaşıl Enerji Sərhədi: Dayanıqlı Enerji üzrə Elmi Tədqiqat Müsabiqəsi;

29 fevral, 11:00, UNEC I tədris binası:

  • “Yaşıl Enerji İnqilabı Çağırışı: Alternativ və Bərpa Olunan Resurslarda İnnovasiyalar” mövzusunda texnoloji modelləşdirmə;
  • ”Yaşıl yaradıcılıq”: Dizayn tələbələrinin əl işlərinin sərgisi

Layihədə müsabiqə iştirakçısı və ya izləyici olaraq iştirak etmək üçün link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.

QEYDİYYAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay