A

COP-29 çərçivəsində UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Gender fərqliliyi və Karbon 3 emissiyasını əhatə edən heyət: milli mədəniyyətin tənzimləyici təsiri” (“Board gender dıversıty and scope 3 carbon emıssıons: the moderatıng ımpact of natıonal culture”) mövzusunda növbəti vebinar keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP-29-a ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb, keçirilən vebinarın bu təşəbbüsə töhfə verəcəyini vurğulayıb.

Vebinarın moderatoru, UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəri, Böyük Britaniyanın Southampton Universitetinin professoru Kamran Məlikov bildirib ki, ekoloji problemlər çoxölçülü xarakter daşıyır və müxtəlif amillərdən qaynaqlanır. Bu ekoloji problemlərdən birinin karbon və ya istixana qazı (İQ) emissiyası olduğunu qeyd edən moderator onun iqlim dəyişikliyinə təsirinin nəzərdən qaçırılmamasının vacibliyindən danışıb.

Təqdimatla çıxış edən Mərkəz üzvü, Essex Universitetinin professoru Silvia Qaia qeyd edib ki, karbon 3 emissiyasını əhatə edən heyətdə gender müxtəlifliyi şirkətin ümumi performansını artıran əsas idarəetmə mexanizmlərindən biridir və bu müxtəliflik idarə heyətinin nəzarət funksiyasının effektivliyi ilə əlaqələndirilir ki, bu da təşkilatın fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Məruzəçi bildirib ki, gender müxtəlifliyinin karbon 3 emissiyalarının azaldılmasına təsiri maliyyə cəhətdən sabit iqtisadiyyat daxilində fəaliyyət göstərdikdə daha da güclənir.

Vebinar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi moderator tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay