A

UNEC və Avrasiya Universitetlər Birliyinin (EURAS) birgə təşkilatçılığı ilə “İnklüziv ali təhsildə psixoloji möhkəmlik: COVID-19 pandemiyasının tələbələrə təsirləri” mövzusnda beynəlxalq vebinar keçirilib.

Turkiyə və Azərbaycanın ali təhsil müəssisələrinin akademik heyətinin iştirak etdiyi tədbirdə COVID-19 pandemiyasının tədris prosesinə təsirləri, əlilliyi olan və olmayan tələbələrin psixoloji sabitliyi, mövcud durumda yaranan problemlər və onların həlli yolları müzakirə olunub

Vebinarın moderatoru, UNEC İnklüziv təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova inklüziv pandemiya dövründə ali təhsildə yaranan problemləri, postpandemiya dövründə təhsil sisteminin transformasiyasının əlilliyi olan tələbələrə təsirlərdən danışıb.

İstanbul Aydın Universitetinin prorektoru Prof.Dr.Mehmet Reşat Başar  təmsil etdiyi universitetdə əlilliyi olan tələbələrə təqdim olunan xidmətlərdən, eləcə də COVID-19 pandemiyası dövründə təhsilin təşkilindən bəhs edib.

Sonra Global Engellilər Vakfının qurucusu Necdet Öztürk əlilliyi olan insanların fəaliyyət istiqamətlərindən və GƏV-in təqdim etdiyi layihələrdən danışıb.

Xəzər Universitetin Psixologiya şöbəsi və psixoloji məsləhət mərkəzinin direktoru Mələk Kərimova pandemiya dövründə əlilliyi olan tələbələrin davranışları, onların dərslərdə iştirakı zamanı yarana biləcək problemlər və həlli yolları barədə məlumat verib.

Türkiyənin Yeni Yüzyıl Universitetinin Əngəllilər Uyğulama ve araşdırma mərkəzi rəhbəri Prof.Dr.İmer Okar isə Türkiyə universitetlərində inklüziv tədrisin təşkili, xüsusən Yeni Yüzyıl Universitenində əlilliyi olan tələbələrin psixoloji problemləri, bu tələbələr üçün tədris prosesinin təşkili, həyata keçirdikləri layihələr haqqında söz açıb.

Sonra “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin psixoloqu Günay Əfəndiyeva karantin rejimində təhsil prosesində yaranan problemlərə diqqət çəkərək, davranış pozuntuları və onların həlli yolları barədə məlumat verib.

Tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay