A

UNEC dosenti Təranə Əliyeva və “Kompüter elmləri” ixtisası üzrə I kurs magistrantı Elvin Cabbarlı qrant layihəsi çərçivəsində Türkiyənin Orta Doğe Texniki universitetində işgüzar səfərdə olublar.

Səfər çərçivəsində dos. T.Əliyeva və E.Cabbarlı OTDÜ-nün "Kompüter və təhsil texnologiyaları” bölümünün nəzdində fəaliyyət göstərən İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi adlı laboratoriyada olublar. UNEC nümayəndələri laboratoriyada interaktiv interfeyslərin yararlığının qiymətləndirilməsi üçün istifadə olunan göz izləmə cihazlarının quruluşu və iş prinsipləri, həmin cihazlar vasitəsilə aparılan tədqiqatların nəticələri ilə də tanış olublar. Eyni zamanda OTDÜ-nün nəzdində yerləşən “Tasarım fabriksası”nda, “Texnokent”də, “Elm, texnologiya, mühəndislik və riyaziyyat təhsili üzrə tətbiq və tədqiqat” mərkəzində, Lego laboratoriyasında, həmçinin “Kompüter mühəndisliyi” bölümündə təşkil edilmiş təlim və seminarlarda iştirak ediblər.

UNEC təmsilçisi olaraq “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasında “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi”istiqamətində tədqiqatlara başlanılması, bu fənni tədris edən müəllimlərin peşəkarlığının artırılması, gələcəkdə adı çəkilən laboratoriyanın imkanlarından faydalanmaq məqsədilə sahə üzrə OTDÜ-də çalışan mütəxəssislərlə müştərəktədqiqat işlərinin aparılması və magistr dissertasiyalarının yerinə yetirilməsi  hədəflənir.

Xatırladaq ki, UNEC nümayəndələri Naxçıvan Universitetinin baş müəllimi Şamil Hümbətovun qalibi olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” adlı qrant layihəsi çərçivəsində ODTÜ-də işgüzar səfərdə olublar. Layihənin eksperti sahə üzrə dünya şöhrətli alim, ODTÜ-nün professoru Kürşat Çağıltaydır.

3 moduldan ibarət bu layihənin məqsədi prof. Kürşat Çağıltayın Türkiyənin bir çox ali məktəblərində əsas dərs vəsaiti kimi istifadə olunan “Teoriden Pratiğe. İnsan–Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının azərbaycan dilinə tərcümə edilməsi, 1000 nüsxədə yerli ali təhsil müəssislərinə hədiyyə olunması və müvafiq fənn proqramının hazırlanmasıdır.

Dosent Təranə Əliyevanın layihə ilə bağlı "Müasir çağırışlar: təhsil və meyllər" mövzusunda məqaləsi də dərc olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay