A

Rəqəmsallaşma sahəsində zəruri olan çox sayda kitab UNEC Kitabxana-İnformasiya Mərkəzinin fonduna daxil edilib.

Azərbaycan dilində olan kitablarda sahibkarlıq, biznes və karyera sahəsində özünüinkişaf, liderlik keyfiyyətləri və “smart” bacarıqların inkişafı, biznesdə rəqəmsal ödənişlər və s. barədə məlumat verilib.

İngilis dilində olan “Human Compatible: AI and the Problem of Control”, “Artificial Intelligence (WIRED guides)”, “Innovation: A Very Short Introduction” və s. kitablarda “smart” texnologiyalar, süni intellekt, big data və onlardan istifadənin səmərəliliyi, dataların təhlili, yeni ixtisasların meydana gəlməsi, bəzi peşələrin aktuallığını itirməsi və digər texnoloji yeniliklər barədə informasiya öz əksini tapıb.

Rus dilində olan “BIG DATA. Вся технология в одной книге”, “Четвертая промышленная революция и бизнес: Как конкурировать и развиваться в эпоху сингулярности”, “Всё об искусственном интеллекте за 60 минут” adlı kitablarda IV sənaye inqilabı dövründə biznesdə innovasiyalar və liderlik, menecmentin yeni modelleri, süni intellekt, rəqəmsal marketinq və yeni “smart” fəaliyyət növlərindən ətraflı bəhs edilib.

Türk dilində olan “Yapay Zeka”, “Genç bilimcilerimiz anlatıyor”, “Hiperuzay” adlı kitablarda IV sənaye inqilabı, rəqəmsal era, kiber təhlükəsizlik, sosial media, rəqəmsal diplomatiya, istifadəçi gizliliyi, yeni kompyuter proqramları barədə geniş məlumat verilib.

Kitablarla yaxından tanış olmaq istəyənlər UNEC-in 3 saylı tədris binasının kitabxanasına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay