A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) badminton yarışı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən yarışın məqsədi badmintonun təbliği, UNEC tələbələri arasında bu idman növünə olan marağın artırılması, gəncləri sağlam həyat tərzinə sövq etməkdir.

Fakultələr arasında təşkil edilən yarışda 60 tələbə qüvvəsini sınayıb. Badmintonçu qızlar arasında I yerə Əmtəəşünaslıq fakultəsinin tələbəsi Anna Jeleznyak layiq görülüb. II yerdə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Anelya Balabayeva, III yerdə   İqtisadiyyat fakultəsinin tələbəsi Sara Nəzirli qərarlaşıb.Badmintonçu oğlanlar arasında İqtisadiyyat fakultəsinin tələbəsi Qurban Qurbanov 1-ci olub. Rus İqtisadiyyat Məktəbinin tələbələri Məhərrəm Məhərrəmov II, Ömər Əzizli isə III yeri qazanıb.

Qarışıq qoşa yarışlarda ilk yerə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Ömər Əzizli və Əmtəəşünaslıq fakultəsinin tələbəsi Anna Jeleznyak yüksəlib. II yeri İqtisadiyyat fakultəsinin tələbələri Qurban Qurbanovla Sara Nəzirli bölüşüb. III yerdə isə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Məhərrəm Məhərrəmov və İqtisadiyyat fakultəsinin tələbəsi Arzu Zeynallı qərarlaşıb.Yarışlarda Rus İqtisadiyyat Məktəbinin tələbələri xüsusi fəallıqları ilə  seçilərək, I yerə layiq görülüblər. İqtisadiyyat fakultəsi II, Əmtəəəşünaslıq fakultəsi isə III yeri qazanıb.

Qaliblərə diplom və hədiyyə təqdim edilib.Yarışın təşkilatçısı UNEC-in “İdmançı” idman klubu və Tələbə Gənclər Təşkilatıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay