A

525.az

"UNEC İctimai Nəzarət Şurası" tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-2016-cı tədirs ili üzrə yaz semestri imtahanlarına nəzarəti davam etdirir.

Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirir. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Şuraya edilən şikayət, təklif və suallar üzvlər tərəfindən cavablandırılır. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılır, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin edilir. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirir. İmtahan dövründə universitetin qaynar xətt xidmətinin (146-1-3) fəaliyyətinə də şura üzvləri nəzarət edir. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparırlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmır.İyunun 4-dən etibarən intahanlara nəzarət işini həyata keçirən Şura üzvləri UNEC-də imtahanların yüksək səviyyədə təşkil olunduğu qənaətindədirlər. İmtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verir. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb. Tətbiq olunan imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir .Şura üzvlərinin apardığı yoxlamalar zamanı rastlaşdığı yeganə problem imtahanda tələbələrə təqdim edilən testlərin korrektə və redaktəsində mövcud olan səhvlərdir.

"UNEC İctimai Nəzarət Şurası"nın üzvü, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyevin dediyinə görə, həm universitetdə, həm də UNEC-in nəzdindəki Maliyyə İqtisad kollecində imtahanlar çox şəffaf keçirilir. "UNEC İctimai Nəzarət Şurası"üzvlərinin mütəmadi olaraq apardığı yoxlamalar da bunu bir daha təsdiq edir: "Şura üzvləri mütəmadi olaraq imtahanlara nəzarət edir, prosesi yaxından izləyirlər. İmtahanda nəzarətçi qismində iştirak edən hər bir müəllim, tyutor və digər məsul şəxslər prosesə müdaxilə etmir. Tələbələr sualları rahat, sərbəst şəkildə cavablandırır. Apardığımız yoxlamalar zamanı imtahanda tələbələrə təqdim edilən testlərin korrektə və redaktəsində çox cüzi səhvlər müəyyən etdik. Bir də bəzi testlərdə düzgün cavablar iki dəfə verilib. Düşünürəm ki, bununla bağlı əlaqədar kafedralar tərəfindən müvafiq tədbirlər görüləcək".Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin (TKQİM) direktoru Raqif Qasımovun dediyinə görə, mərkəz tərəfindən müvafiq məsələ ilə bağlı əlaqədar kafedralara lazımi tapşırıqlar verilib: "Testlərdəki korrektə və redaktə səhvlər ilə əlaqədar bir sıra kafedralara məktubla müraciət olunub. Onlara tapşırıq verilib ki, qısa zamanda bu səhvləri aradan qaldırsınlar. Səhvlərin aşkarlandığı bəzi testlərdə düzəlişlər edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir". Testlərdə düzgün cavabların iki dəfə verilməsinə gəlincə, R.Qasımov bu məsələ ilə əlaqədar da işlərin görüldüyünü bildirib.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay