A

report.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi platformalarda məqalələrin say artım tempinə görə dünya üzrə birinci yeri tutur.

“Report” xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.

Onun sözlərinə görə, builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçı iştirak edir:

“Təqdim olunan elmi məqalələrdən 224-ü seçilərək toplanmış və həmin məqalələr əsasında hazırlanmış kitab konfrans çərçivəsində təqdim olunub. UNEC qarşısına qoyduğu strateji hədəflərə doğru ardıcıl və inamlı şəkildə irəliləyir”.

Ə.Muradov əlavə edib ki, təkcə 2024-cü ildə UNEC əməkdaşlarının “Web of Science” platformasında 662 elmi məqaləsi dərc olunub və bu nəşrlərə 3 932 istinad edilib.

"2020–2024-cü illər ərzində UNEC-in “Web of Science” platformasında dərc olunan elmi məqalələri Azərbaycan üzrə bütün ali təhsil və elmi müəssisələrin eyni dövrdəki ümumi məqalələrinin 19 %-ni təşkil edib.

Bundan əlavə, 2024-cü ildə UNEC-in “Web of Science” və “Scopus” platformalarında dərc olunmuş məqalələrinin Azərbaycan üzrə ümumi payı 22,7 % olub", -universitetin rektoru bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay