A

Xəzər TV 

Azərbaycanlı tələbə, insanı kökəltməyən və şəkərli diabet xəstələrinin də istifadə edə biləcəyi "Stevia" adlı şəkərli bitkinin ölkəmizdə istehsalını təklif edir.

Xezerxeber.az-ın məlumatına görə, "Made in Azerbaijan-3" biznes ideya müsabiqəsinə

qatılan UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərovun "Stevia" biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada "Stevia" bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur.

Bitki subtropik iqlim qurşağına malik olan ölkələrdə əkilib-becərilir.

Şəkər əvəzləyicisi olan "Stevia" şəkərli diabet xəstələrinin istifadəsi üçün olduqca effektivdir. Çünki şəkər tozundan 150 dəfə daha çox şirin olsa da, diabet xəstələrinin qanında şəkərin miqdarını artırmır.

Eşqin Cəfərov deyir ki, bitki Lənkəran və Bakıda bir neçə təsərrüfatda rejimdə əkilib. Nəticələrdən asılı olaraq yaxın illərdə Cənub zonasında 2 hektar ərazidə əkini planlaşdırılır. İqtisadi cəhətdən də bitkinin əkini əlverişlidir.

Bitkinin ölkəmizdə iqlim şəraitinə necə uyğunlaşacağı maraqla gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay