A

UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev "UNEC ikili diplom sərgisi" barədə fikirlərini UNEC NEWS-la bölüşüb:

Qloballaşmanın təkcə ali təhsilə deyil, iqtisadiyyata, cəmiyyətlərə və həyatımızın bütün sahələrinə təsiri danılmazdır. Bu gün təhsilin beynəlmiləlləşməsi  və aparılan elmi tədqiqatlar dünyanın müxtəlif ölkələrindəki alimlərin səylərini birləşdirir, tətbiq olunan ikili diplom proqramları məzunların əmək bazarında işlə təmin olunmalarına şərait yaradır. Həm də sosiallaşma prosesinə yeni məzmun verir. Tədqiqat Universitetinə çevrilmək missiyasını qarşısına məqsəd qoyan UNEC dünyanın aparıcı Universitetləri ilə "ikili diplom proqram"larında da ləyaqətlə ölkəmizi təmsil edir. Bu prosesdə qarşı tərəf hərtərəfli şəkildə tərəfdaşını öyrənir. Təhsilin keyfiyyəti və aparılan elmi tədqiqatların səviyyəsi qiymətləndirilir. UNEC Avropa, Amerika və Rusiyanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramlarını təqdim etdi. UNEC-də bakalavr pilləsi üzrə  Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS Biznes və Beynəlxalq tədqiqatlar Universiteti, ABŞ-ın Linkoln Universiteti, Litvanın Mikolas Romeris Universiteti,  Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat aldıq.   Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. UNEC rektoru professor Ədalət Muradov bildirdi ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetlərin də diplomunu əldə edə bilərlər. Millət vəkili Fazil Mustafa, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı və mən proqramlarla tanış olmaqla yanaşı həm də sərgidə iştirak edən tələbələrlə ünsiyyət qurduq. Tələbələr onlar üçün açılmış bu imkandan məmnun idilər. Sərgi zamanı diqqətimizi çəkən ən maraqlı məqamlardan biri UNEC tələbələrinin üzlərindəki təbəssüm və özlərini sərbəst aparmaları idi. Bu tələbə müəllim və rektor tələbə münasibətlərinin təzahürüdür və bir də Universitetdə aparılan islahatların artıq özünü bütün məqamlarda göstərməsidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay