A

sputnik.az

Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev deyir ki, hazırda Multikulturalizm və Sosiologiya fənlərinin distant formada tədrisinə başlanıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Fevralın 17-dən etibarən humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub.

Layihə haqqında Sputnik Azərbaycan-a danışan Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev bildirib ki, distant təhsil ilk olaraq Maliyyə və mühasibat fakültəsində pilot layihə kimi tətbiq edilir:

“Alınan qərara əsasən, ixtisasdan kənar, humanitar fənn blokuna daxil olan fənlərin tədrisi  “UNEC Extern” mərkəzi tərəfindən distant formada həyata keçirilir. Hazırda Multikulturalizm və Sosiologiya fənlərinin distant formada tədrisinə başlanıb. Tədrisin distant formada təşkili ilə tələbələr universitetə gəlmədən həmin fənlərin biliklərini öz mobil telefonları və yaxud kompüterləri vasitəsilə əldə edə biləcəklər. Distant təhsil alacaq tələbə qrupu könüllülük əsasında seçilib”.

Gəray Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay