A

modern.az

2020-ci il iyunun 19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olur. Bununla bağlı, 2020-ci il yanvarın 18-də universitetin rektoru Ədalət Muradov tərəfindən tədbirlər planı təsdiq edilib və hazırlıqlara başlanılıb.

Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan edilməsi UNEC-in 90 illik tədbirlərinin keçirilməsinə də təsirsiz ötüşməyib.

Bununla bağlı Modern.az-a danışan universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov qeyd edib ki, Təşkilat Komitəsi tərəfindən 51 yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub:

“Ən möhtəşəm tədbirlər planı hesab edə bilərik. Bunun həyata keçirilməsi üçün fevral ayından hərəkətə keçdik və müəyyən addımların atılmasına nail olduq. Təəssüf ki, mart ayından etibarən kütləvi tədbirlərin bir qismini davam etdirə bilmədik. İmkan yaranan kimi bunların həyata keçirilməsinə nail olacağıq. Tədbirlərin müəyyən bir qismi kütləvi xarakter daşıdığına görə, karantin rejiminin ləğv edilməsindən sonraya qalıb.

Onlayn şəkildə həyata keçirilməsi mümkün olan bütün tədbirlərin yerinə yetirilməsini təmin edəcəyik. Bildiyiniz kimi, bir müddət öncə dünya universitetlərində çalışan azərbaycanlı alimlərlə videokofransımız oldu və distant təhsilin əhəmiyəti haqqında müzakirələr apardıq.

Veteran əməkdaşlarla görüşün keçirilməsinə isə fevral ayında başlamışdıq. Universitetin dünyasını dəyişmiş alimlərinin anım tədbirləri də nəzərdə tutulmuşdu və artıq bir neçəsini həyata keçirmişik. İqtisad Universitetinin tarixini əks etdirən yubiley kitabının, həmçinin UNEC-in ilk müəllimləri haqqında kitabın hazırlanması prosesi də davam etdirilir. Bu kitablar nadir araşdırmalar olacaq.  

90 illik tədbirlər çərçivəsində UNEC-in nadir nəşrlərinin sərgisi isə karantin rejiminin ləğvindən sonraya saxlanıb. Karantindən sonra kütləvilik tələb edən tədbirlərin həyata keçirilməsinə çalışacağıq”.

Prorektor onu da qeyd edib ki, karantin dönəminin başlaması ilə distant, onlayn təhsilin birdən-birə həyata keçirilməsi o qədər də asan məsələ deyildi:

“UNEC olaraq, biz 4 ildən çoxdur ki, bu prosesə əmək sərf edirik. Universitetin rektoru Ədalət müəllim dinamik, həmçinin yeniliyi sevən insandır. Rektorumuzun aktivliyi və yenilikçi olması sayəsində universitetimiz reytinqlərdə ön sıralardadır. Bəlkə də Azərbaycanda bir ilkdir ki, elektron universitet modeli UNEC-də bütünlüklə formalaşıb. Karantin elan olunduğu vaxtdan bəri gündəlik 915-dən çox onlayn dərs keçirilir. Xarici universitetlərdə çalışan azərbyacanlı alimlərimiz də təşkil etdiyimiz onlayn konfrans zamanı UNEC-in bu sahədə nə qədər irəlidə olduğunu qeyd etdilər”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay