A

trend.az

Deloitte Azərbaycan böyük məmnuniyyətlə Azerbaijan Best Managed Companies 2022 müsabiqəsini elan edir.

Bu müsabiqə illik gəliri 20 milyon AZN-dən çox olan Azərbaycanın özəl şirkətlərinin tanınması üçün nəzərdə tutulub. Best Managed Companies layihəsi, Deloitte şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan Deloitte Private tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsorları Deloitte Private, PAŞA Bank, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), British Business Group Azerbaijan və İctimai Televiziyadır.

Nuran Kərimov, Deloitte Azərbaycanın İdarəedici Partnyoru: “Böyük məmnunluq hissi ilə demək istəyirəm ki, 30 ilə yaxın 36 ölkədə uğurla keçirilən Best Managed Companies layihəsi bu il Azərbaycanda gerçəkləşəcək. Burada hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır.

Mən çox məmnunam ki, bu layihənin baş tutması üçün dəyərli tərəfdaşlarımızla öz səylərimizi birləşdiririk.

Bu müsabiqədə iştirak özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşacaq və praktiki tövsiyələr verəcəklər. Qalib şirkətləri müstəqil hakimlər heyəti müəyyən edəcək. Azərbaycanın özəl sektorda olan şirkətləri bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik.”

Taleh Kazımov, PAŞA Bank ASC-nin İdarə Heyətinin Sədri: “Best Managed Companies proqramı fərqlənən özəl müəssisələri tanıtmaq və onların gələcəyin formalaşmasına dair iddialarını dəstəkləmək üçün yaradılıb. Bu proqram təşkilatların idarəetmə metodlarını, bacarıqlarını və təcrübələrini qiymətləndirməyə kömək edir.

Best Managed Companies proqramı növbəti illərdə bizneslərə təsir etmə gücündə olan əsas trendləri sürətləndirəcək qlobal iqtisadi və maliyyə göstəricilərinə malikdir. Şirkətlərin hazırki fəaliyyəti növbəti illərin uğurlu fəaliyyət kursunu təyin edəcək!

Sınaqlarla dolu dövrdə güclü liderlik və dayanıqlılıq göstərərək gündəmi dəyişən və dəyər yaradan komandaları tanımağı səbirsizliklə gözləyirik.

Ölkənin aparıcı korporativ maliyyə institutu olaraq real sektorun inkişafını dəstəkləməyə davam edirik. Biz 14 illik zəngin bazar təcrübəmizi özəl sektorun iqtisadiyyatdakı mövqeyini möhkəmləndirməyə və genişləndirməyə yönəltmişik.

Bununla ölkə iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəmizi veririk”.

Azerbaijan Best Managed Companies müsabiqəsi Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. Bu yeganə müsabiqədir ki, şirkətin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirir. Proqrama qatılan şirkətlər müsabiqədə qalib olmaq üçün ciddi seçim prosesindən keçməklə yarışacaqlar. Bu zaman həmin şirkətlərin rəhbərlərinin bacarıqları və təcrübəsi, həmçinin şirkətin strategiyası, insan kapitalının inkişafı, innovasiya, mədəniyyət və maliyyə göstəriciləri qiymətləndiriləcək.

Best Managed Companies Mükafat Proqramının beynəlxalq tarixçəsi

Best Managed Companies mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 37 ölkədə həyata keçirilir. Buraya Çin, ABD, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.

Daha ətraflı məlumat üçün sayta keçid: http://www.deloitte.az/bestmanagedcompanies

Deloitte haqqında

Deloitte adı Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə, risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər göstərən aparıcı markalardandır. Artıq iyirmi ilə yaxın müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 150 nəfərdən artıq işçi çalışır.

TOP XƏBƏRLƏR