UNEC-də Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinar keçirilib.

Türkiyənin Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Teknik universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərlərinin iştirak etdiyi vebinarda beynəlxalq və yerli təcrübə paylaşılıb.

Ali təhsil müəssisələrinin keyfiyyət təminatının artırılması istiqamətində böyük rezonans doğuran vebinarla bağlı AZTV-nin “Səhər” proqramı xüsusi reportaj hazırlayıb. Proqramda UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Sevda Sərdarova və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov vebinarın məqsədi və təcrübə mübadiləsi barədə ətraflı məlumat veriblər.

Proqmaın videoyazısını təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay