A

infonews.az

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı, “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi və UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının “Balacalarla kitab oxuyaq” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində UNEC TEC-nin fəalları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü respublikanın aparıcı bağçalarından biri olan “Bilik Açarı” uşaq bağçasına ziyarət edib, uşaqlara kitablar və müxtəlif sovqatlar hədiyyə apararaq, onlarla bu günü birgə keçiriblər. UNEC 24/7- kitabxanasının müdiri körpələrə kitablar, kitab oxumağın faydaları haqqında məlumat verib, tələbələr körpələrin sevimli nağıllarını danışıblar.

“Balacalarla kitab oxuyaq” layihəsi universitetin ictimai aktiv tələbələrinin ən sevilən layihəsidir desək, yanılmarıq. Eləcə də layihənin məqsədi körpələri mütaliyə cəlb etməyə, onlarda kitab oxumaq vərdişlərini tərbiyə etməyə yardım göstərməkdir” – deyə, Arzu Məmmədova qeyd edib.

“Bilik açarı” bağçasından “İNFONEWS” – a verilən məlumata görə, bağça artıq 7 ildir fəaliyyət göstərir. Bağçanın rəhbəri Sevinc Məhərrəmova 27 illik staja malik pedaqoqdur. Burada Təhsil Nazirliyinin təqdim etdiyi proqram əsasında balacalara zəruri metodiki dərslər öyrədilir. Təlim-tərbiyə prosesi peşəkar və imtahanla götürülmüş müəllimlər tərəfindən həyata keçirilir. Bağçada uşaqların qəbulu 1.5 aylıqdan 5 yaşa qədərdir. Bütün uşaqlar yaş qruplarına ayrılır ki, bağça rəhbərliyi tərəfindən təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilin mütləq şəkildə səmərəli və keyfiyyətli olması xüsusilə vurğulanıb.

UNEC KİM-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova “Balacalarla kitab oxuyaq” layihəsi haqqında geniş məlumat verərək, layihənin 2018-ci ildən başladığını və mövcud səbəblərdən bir müddət dayandırılsa da, bu il yenidən start verildiyini bildirib.

Görüş zamanı uşaqlarla əyləncəli oyunlar oynanılıb, sonda UNEC tortu birgə kəsilib, xatirə şəkilləri çəkillib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay