Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) pedoqoji kadr potensialının gücləndirilməsi istiqamətində müəllimlər üçün 10 fevral tarixindən V Təlim proqramlarına start verir.
“İNFONEWS” – un UNEC-dən əldə etdiyi məlumatına görə, təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. UNEC tərəfindən təlimlərə dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı yerli təlimçilərdə də yer alıb. Qeyd edək ki, bundan öncə də universitetdə UNEC müəllimləri üçün ödənişsiz əsaslarla 166 fənn üzrə 4 Təlim proqramları keçirilib.
TƏLİM PROQRAMI:
“Zaman sıralarının təhlili” fənni üzrə – təlimçi Ankara Universitetinin Prof. Dr. Atilla Gökçe – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat UNEC-də offlayn keçiriləcəkdir);
“Dövlətin gəlir və xərclərinin idarə edilməsi” fənni üzrə – təlimçi UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti, Xəzər Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekanı İnqilab Əhmədov – (Təlim proqramı 30 saat olmaqla UNEC-də offlayn keçiriləcəkdir);
“Müəssisə üçün mobil əlavələrin işlənilməsi” fənni üzrə – təlimçi Qazi Universiteti Doç.Dr.Hüseyin Çakır – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);
“Polimer mühəndisliyi” fənni üzrə – təlimçi Qazi Universiteti Prof.Dr.Ulvi Şeker – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);
“Güc elektronika və elektrik intiqalı” fənni üzrə – təlimçi Qazi Universiteti Prof. Dr.Necmi Altın – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir;
“Tədqiqat və layihə bacarıqları” fənni üzrə – təlimçi Qazi Universitetinin Prof.Dr. Hanifi Çinici – (Təlim proqramı 20 saat üzrə onlayn keçiriləcəkdir);
“Materialların təkrar emalı” fənni üzrə – təlimçi Yıldız Texniki Universitetinin Prof.Dr. Nilgün Kuşkonmaz – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);
“Sosial işin qiymətləndirilməsi” fənni üzrə – təlimçi Hacettepe Universitetinin Prof.Dr.Yasemin Özkan – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);
“Ekoloji biotexnologiya” fənni üzrə – təlimçi Artvin Çoruh Universitetinin Doç.Dr.Ayla Bilgin – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir).
Maraqlananlar təşkil ediləcək digər 25 fənn üzrə təlimlər barədə ərtaflı məlumatı “Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.” elektron ünvanına müraciət etməklə əldə etmək olar.