A

UNEC Karyera Mərkəzinin və Mühəndislik fakültəsinin birgə təşkilatçılığı ilə “Biznesin təşkili və idarəedilməsi” mövzusunda növbəti “vorkşop” keçirilib.

Spiker Caspan Cable Sysems şirkətinin direktoru Elnur Bədəlov tələbələrə rəhbərlik etdiyi şirkətin fəailiyyəti haqqında təqdimat nümayiş etdirdikdən sonra, İtaliyanın Roma universitetindəki akademik təhsil, Avropa parlamentində, MISE Gold Manufacture, Dental Smile Gallery, KI-MAŞ Promotion Company kimi beynəlxalq şirkətlərdə biznes və marketinq üzrə iş təcrübəsini paylaşıb.

Sual-cavab sessiyasında fərqlənən tələbələrə simvolik hədiyyələr təqdim olunub.

Elnur Bədəlov mühəndislik, informasiya texnologiyaları sahələri üzrə təhsil alan UNEC tələbələrinin Spiker Caspan Cable Sysems şirkətində təcrübə və iş imkanları əldə edə biləcəklərini qeyd edib.

Tədbirdə UNEC Dizayn Məktəbi, Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələrinin tələbələri, UNEC Karyera mərkəzinin əməkdaşları iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay