A

UNEC-in Rus İqtisad Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsi təşkilatçılığı ilə “Müasir E-Ticarətin özəllikləri” adlı təlim keçirilib.

Tədbirin açılışın Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rus İqtisad Məktəbinin üzrə sədri Günel Salahova edərək, təlim haqqında ümumi məlumat verib.

Sonra E-Ticarət Akademiyasının təlimçiləri Telman Baxşaliyev və Əziz Feyzullayev tələbələrə “E-ticaret” və onun özəllikləri haqqında danışıblar. Tələbələr təlimdə internet ilə həyata keçirilən məhsul və xidmətlərin alqı-satqı sistemini öyrəniblər.

Təlimçilər tələbələrin suallarını cavablandırıblar. Tədbirdə tələbələr E-Ticarət Akademiyasından sertifikatla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay