A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “15 iyun – Milli Qurtuluş Günümüzdür” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb, müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Ulu öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açıb.

Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva “15 iyun – Milli Qurtuluş Günümüzdür” mövzusunda çıxış edib. O, 1993-cü ilin 15 iyununda Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələnin başlanması, ölkəmizin bütün bəlalardan xilas olması, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirilməsi, neft strategiyasının reallaşdırılması, cəbhədə atəşkəsin əldə olunması, nizami ordu quruculuğu prosesinə başlanması, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradılması haqqında danışıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR