A

Mckinsey & Company şirkətinin təşəbbüsü və UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə fakültənin tələbələri üçün mentorluq proqramı təşkil olunub.

4 saat davam edən proqram çərçivəsində McKinsey məsləhətçiləri (consultant) ISE tələbələrinə MBA, magistr proqramları, karyera seçimləri, iş müsahibəsinə hazırlıq mövzularında mentorluq ediblər. “Birə-bir mentorluq” formatında təşkil olunan görüşdə hər tələbəyə 30 dəqiqə vaxt müəyyən edilərək, şirkətin məsləhətçiləri tərəfindən onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

Qeyd edək ki, McKinsey & Company  tərəfindən ISE tələbələri üçün mentorluq proqramı 2022-ci ildən etibarən mütəmadi olaraq keçirilir.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay