A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İcbari tibbi sığorta və sağlam həyat tərzinin təşviqi” mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 2020-ci ildən ölkədə tətbiq edilən icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışıb və tələbələrin bu sahədə maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov “İcbari tibbi sığorta və sağlam həyat tərzinin təşviqi” mövzusunda geniş təqdimatla çıxış edərək icbari tibbi sığorta haqqında ümumi məlumat verib, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər, dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydasından danışıb və sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amilləri izah edib.

Təlimin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay