A

UNEC-in Mühəndislik fakültəsində fakültənin fəxri məzunu Emil Nəsirli ilə görüş təşkil edilib.

Görüşdə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) birinci vitse-prezidenti və Assambleyanın Azərbaycan nümayəndəliyinin prеzidenti, Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının eksperti  (WOSCO, Almaniya) Emil Nəsirli tələbələrə iş dünyasında baş verən proseslər, müasir dövrdə uğurlu karyera qurmağın yolları, şəxsi inkişafın müxtəlif aspektləri, işə münasibətləri, sosial əlaqələrin qurulması, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, ölkəmizi bütün dünyada layiqli təmsil etməyin əhəmiyyəti, vaxtın səmərəli idarə edilməsi və sair haqqında maraqlı məlumatlar verməklə yanaşı, şəxsi təcrübəsi ilə bağlı öz dəyərli tövsiyələrini də verib.

Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. 

TOP XƏBƏRLƏR