A

UNEC tələbələri üçün “Açıq hökumət və antikorrupsiya” mövzusunda əlavə mühazirələr kecirilib.

Mühazirələr “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər ücün Milli fəaliyyət planı”nın icrası ilə baglı UNEC-in 2018-ci il üzrə iş planına uygun olaraq həyata keçirilib. Öncə tələbələrə açıq hökumət və korrupsiyaya qarşı mübarizəyə həsr olunan sosial çarxlar nümayiş etdirilib.

İqtisadiyyat və Əmtəəşünaslıq fakultələrində keçirilən mühazirələrdə tələbələrə Azərbaycanda açıq hökumət prinsiplərinin tətbiqi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı islahatlardan danışılıb. Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinin, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsinin, ictimai iştirakçılığın artırılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında açıq müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının təşkil etdiyi mühazirələrdə tələbələrə açıq hökumət və korrupsiyaya qarşı mübarizəyə həsr olunan buklet və yaddaş kitabçaları paylanıb.

Kitabça: Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

Buklet: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Buklet: Rüşvətə yox deyək 

TOP XƏBƏRLƏR