Türkiyənin Hacettepe Universitetində universitetlərarası “Business Case” müsabiqəsi keçirilib.
Hacettepe Girişim ve Yatırım Topluluğunun təşkil etdiyi müsabiqədə Gazi, Ankara, Atılım, Çankaya və digər nüfuzlu universitetlərin tələbələrindən ibarət 80-ə yaxın komanda iştirak edib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin "Erasmus+" mübadilə proqramı çərçivəsində Hacettepe Universitetində təhsilini davam etdirən tələbələri yarışa “İSE” (International School of Economics) komandası ilə qatılıblar.
İSE komandası Türkiyə universitetlərinin tələbələri arasında fərqlənərək, finala vəsiqə qazanıblar.
II kurs tələbələri Əsəd Qaralov, Sərfinaz İsrafilova, III kurs tələbələri Şöhrət Süleymanlı və Gülər İbrahimovadan ibarət İSE komandası “Business Case” müsabiqəsinin ilk onluğunda yer alaraq, IV yerdə qərarlaşıb.
UNEC ailəsi adından tələbələrimizi təbrik edir, onlarla qürur duyuruq!