A

Maliyyə Bazarlarına Nəzarət Palatası UNEC tələbələri üçün seminar keçirib. Tədbir UNEC-in Karyera Mərkəzi ilə Maliyyə və maliyyə institutları kafedrası tərəfindən təşkil olunmuşdu.

Seminarda UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov, kafedranın professoru Nizami Xudiyev və MBNP-nın Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin aparıcı təhlilçisi Namiq Quliyev, Bakı Fond Birjasının Biznesin inkişafı qrupunun aparıcı mütəxəssisi Müseyib Mehdiyev və “AzFinance” İnvestisiya Şirkətinin Müştəri xidmətləri və əməliyyat departamentinin rəhbəri Tural Cəfərov iştirak ediblər.

Tələbələr tərəfindən “Kapital bazarlarından maliyyələşmə”, “Bakı Fond Birjasında listinq” və “Kapital bazarlarında investisiya imkanları” mövzuları ətrafında təqdimatlar dinlənildi. Hər bir təqdimat geniş müzakirə olundu.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırlıb və müzakirələrdə aktiv iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR