UNEC-in Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində “İSE Start-up klubu” yaradılıb.
“İSE Start-up klubu”nun yaradılmasının məqsədi Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) təhsil alan və start-up ideyaları olan tələbələrə dəstək göstərməkdir. Klub startap ideyalarını reallaşdırmaq istəyən tələbələrə kiçik biznesin yaradılması, maliyyələşdirilməsi, marketinqi və digər mövzularda təlimlər keçəcək, eyni zamanda ödənişsiz konsultasiya xidməti göstərəcək. Təlimlərlə yanaşı, İSE tələbələri arasında ildə bir dəfə “start-up” müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.
“İSE Start-up klubu”nun ilk təlimi “Biznes plan necə yazılmalıdır?” mövzusunda olub. Təlimi klubun elmi rəhbəri Turan Süleymanov keçib.