A

UNEC ilə ADA Universiteti arasındakı əməkdaşlıq uğurla davam edir.

Əməkdaşlıq çərçivəsində ADA Universitetinin Biznes məktəbinin müəllimi Turan Nağıyeva UNEC-in Biznes və menecment fakültəsinin tələbələrinə “Rəqabətlilik şəraitində: innovasiya və sahibkarlıq” mövzusunda mühazirə oxuyub. Mühazirədə rəqabətin əhəmiyyəti, innovasiyaların növləri, disruptiv və dayanıqlı innovasiya ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov isə ADA universitetinin tələbələrinə “Maliyyə hesabatlarının təhlili” ilə bağlı mühazirə keçib. A.Əzizov mühazirədə iqtisadiyyatın müasir inkişafında maliyyə hesabatlarının təhlilinin rolu və yeri, iqtisadi təhlillə qarşılıqlı əlaqəsi, məqsəd və vəzifələrindən bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay