A

UNEC-də Karyera Mərkəzi və ISE Startup Klubunun birgə təşkilatçılığı ilə startap fəaliyyətinin genişləndirilməsi məqsədilə növbəti master-klass keçirilib.

“High-tech Eurkite” şirkətinin həmtəsisçisi olan və Niderland Krallığında yaşayan Bəhruz Məmmədovun keçdiyi təlim “Start-up yolu və uğur prinsipləri” mövzusunda olub. O, iştirakçılara startap fəaliyyəti üçün ideya axtarışı, bazar araşdırmalarının istiqamətləri, uğur qazanmağın mühüm məqamları barədə məlumat verib. Həmçinin, beynəlxalq bazara çıxış imkanları, vençur şirkətləri və “mələk sərmayəçilər” ilə əlaqələrin qurulması yolları barədə təcrübəsini paylaşıb.

Təlimin sonunda startap ideyası olan tələbələrə məsləhətlər verilib.

TOP XƏBƏRLƏR