A

UNEC-in IV kurs tələbələri bakalavr pilləsi üzrə ixtisas təcrübəsində iştirak edirlər.

2018/2019 tədris ilində UNEC-in bakalavr pilləsi üzrə əyani şöbədə təhsil alan 2656 nəfər IV kurs tələbəsi, 490 nəfər qiyabi təhsil alan tələbə ixtisas təcrübəsi, 633 nəfər magistr (495 nəfər Beynəlxalq magistratura və doktorantura üzrə, 138 nəfər magistratura mərkəzində təhsil alan magistrantlar) isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə göndərilib.

Tələbələr ümumilikdə 700-dən artıq müəssisə və təşkilatlarda təcrübə keçirlər. İxtisas təcrübənin təşkili və keçirilməsinə rəhbərlik etmək, nəzarət və metodiki köməklik göstərmək məqsədi ilə ixtisas kafedralarından 213 təcrübə rəhbəri təyin edilib.

2018/2019-cu tədris ilinin əvvəlindən ixtisas təcrübəsinin təşkili qaydaları, təcrübənin təşkili və keçirilməsinə aid olan sənədlər (müqavilə, göndəriş, monitorinq qrafiki, təcrübə rəhbərlərin və təcrübəçilərin vəzifələri və s.) təcrübə obyektləri barədə məlumatlar “Təcrübənin təşkili” şöbəsinin elektron səhifəsində yerləşdirilmiş, bu barədə fakültə, məktəb, mərkəzlərə və eləcə də tələbələrə məlumat verilib.

UNEC tələbələrin təcrübənin təşkili qaydalarından irəli gələn, vaxtında icra olunması nəzərdə tutulan məsələlərlə bağlı hər bir dekanlığa, mərkəz, məktəb rəhbərlərinə təqvim-qrafik göndərilib. Müvafiq qrafik üzrə Təcrübənin təşkili şöbəsinin əməkdaşları tərəfindən təcrübənin təşkili və gedişinin lazımi səviyyədə təşkil edilməsi məqsədilə təcrübə obyektlərində monitorinqlər aparılır.

TOP XƏBƏRLƏR