A

UNEC-də təcrübənin təşkili və gedişatı ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbirdə İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov, təcrübə rəhbərləri, ixtisas kafedralarının müdirləri, dekanlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Əsgərov artıq ikinci ildir ki, UNEC-də istehsalat təcrübəsinin yeni yanaşma ilə keçirildiyini diqqətə çatdırdı. Tələbələrin daha dərin ixtisas biliklərinə yiyələnmələri üçün UNEC-də IV kurs tələbələri VIII semestri tamamilə istehsal təcrübəsində keçirirlər. 70 təcrübə günü, ümumilikdə 14 həftə təşkil edən istehsalat təcrübəsinin yüksək səviyyədə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir. Təcrübənin keçirilməsinə xüsusi diqqət ayrılır, dövlət müəssisələrində, ölkədə fəaliyyət göstərən aparıcı özəl şirkətlərdə UNEC tələbələrinin istehsal təcrübəsi təşkil edilir.

Ş.Əsgərov fevralın 18-dən başlanılmış təcrübənin hazırda davam etdiyini, Təcrübənin təşkili şöbəsi tərəfindən mütəmadi olaraq monitoriqnlərin həyata keçirildiyini vurğuladı. UNEC-də tələbələrin ixtisas təcrübəsinin təşkili və gedişinə nəzarət məqsədi təcrübə obyektlərində monitorinqlər keçirilmişdir.

Ş.Əsgərov bəzən UNEC tələbələrinin təcrübəsinin təşkili qaydalarından irəli gələn tədbirlərin vaxtında həyata keçirilməsində olan problemlərə də toxundu. Fakültə dekanlarına, mərkəz, məktəb direktorlarına, ixtisas kafedralarının müdirlərinə və təcrübə rəhbərlərinə vəzifə borcunun yerinə yetirilməsinə diqqətin artırılmasını tapşıran Ş.Əsgərov müvafiq təcrübə proqramlarını təcrübənin başlanmasına bir ay qalmış təcrübə obyekti ilə razılaşdırmaqla onlara vaxtında təqdim edilməsinin vacibliyini vurğuladı. Eyni zamanda, tələbənin ixtisasının istehsalat təcrübəsinin keçirildiyi müəssisədə onun fəaliyyətinə uyğun olmasının, yaranan problemlərin zamanında həllinin zəruriliyinə toxundu.

Bu səbəbdən müşavirə zamanı Ş.Ələsgərov təcrübə rəhbərlərinə təcrübənin təşkili zamanı bütün detallara xüsusi diqqət yetirilməsinin, tələbələrin istehsalat ilə daha yaxından tanış olmaları üçün göstərilən dəstəyin davam etdirilməsinin zəruriliyindən danışdı.

Müşavirədə təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov UNEC üzrə təcrübə keçən tələbələrin təcrübəsinin təşkili və monitorinqləri barədə məlumat verdi.

Müşavirədə təcrübə rəhbərlərini, kafedra müdirlərini, dekanları maraqlandıran suallar və problemlər ətraflı müzakirə edildi. Eyni zamanda, istehsalat təcrübəsinin daha da effektiv təşkili məqsədilə müvafiq tapşırılar verildi. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay