A

UNEC-də Biznes və menecment fakültəsinin  Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan şeir müsabiqəsi keçirilib.

Tədbirdən öncə Ulu öndərə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə tələbələr Ulu öndər Heydər Əliyevə həsr olunan şeirləri səsləndirib, maraqlı kompozisiyalarla çıxış ediblər.

Sonra iştirakçıların çıxışları “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənlinin, 24/7 kitabxananın müdiri, “UNEC gənc şairlər” layihəsinin rəhbəri Arzu Məmmədova, kafedranın baş müəllimi Mətanət Əmrahova və  Bakı Dövlət Universitetinin dosenti Səidə Nağıyevadan ibarət münsiflər heyətinin qərarı ilə qiymətləndirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibi “Anamın ölmünə” şeiri ilə SABAH mərkəzinin II kurs tələbəsi Jalə Rzayeva olub. II yerin sahibi “Bayraq” şeiri ilə Ekspertiza və standartlaşdırma fakültəsinin ll kurs tələbəsi Lamiyə Qaraxova, III yerin sahibi isə “Gülüstan poeması” şeiri ilə İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Mətanət Məmmədova olub.

Qaliblər diplom, medallarla mükafatlandırılıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay