A

UNEC-də ISE Tələbə Tədqiqat Klubu (ISE Student Research Club) yaradılıb.

Tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə marağın artırılması, onların tədqiqat layihələrinə daha aktiv şəkildə cəlb olunması və elmi müzakirə mühitinin inkişafına töhfə verilməsi məqsədilə “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrası nəzdində “ISE Tələbə Tədqiqat Klubu” (ISE Student Research Club) yaradılıb. Klubun fəaliyyəti kafedranın rəhbərliyi ilə tələbələrdən ibarət heyət tərəfindən həyata keçiriləcək. “ISE Tələbə Tədqiqat Klubu”nda tələbələrin elmi-tədqiqat potensialının aşkara çıxarılması, inkişaf etdirilməsi məqsədilə təlim və seminarların keçirilməsi, mentorluq xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Eyni zamanda tələbələrin akademik məqalələrin yazılmasında fəal iştirakı təmin olunacaq.

Kluba mentorluq xidməti “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimləri, UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçıları tərəfindən təmin ediləcək.

Yeni yaradılan tələbə klubu tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin institusionallaşmasına və mentorluq xidmətinin təmin edilməsinə imkan verməklə birlikdə, həm də elmi məqalələrin yazılmasında akademik olaraq müəllim-tələbə münasibətlərinin inkişafı üçün vacib mərkəz rolunu oynayacaq. Klubun təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətlərdə iştirak bütün UNEC tələbələri üçün açıq olacaq.

Kluba üzvlük və fəaliyyətlərdə iştirak könüllülük prinsipi əsasında tənzimlənəcək. Qeydiyyatdan keçərək üzvlük forumunu dolduran bütün tələbələr klub tərəfindən həyata keçirilən fəaliyyətlər barədə operativ olaraq məlumatlandırılacaq.

Qeydiyyat

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay