A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin qoşulduğu (İSE) “CGMA – İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020″nin birinci mərhələsi keçirilib.

Müsabiqənin birinci turunda yarış iştirakçılarına Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov və İSE-nin müəllimi Ziya Mürsəlzadə  rəhbərlik edib.

Onlayn keçirilən müsabiqənin birinci turunda UNEC 16 tələbədən ibarət 4 komanda üzrə təmsil olunub.

Maraqlı keçən müsabiqənin sonunda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. İSE-nin “The going concern” komandası universitet üzrə ilk turun qalibi olub.

“Alpha seekers”, “Legacy leavers” və “Market crush” komandaları isə müvafiq olaraq 2, 3 və 4-cü yerləri qazanıblar.

Komandaların çıxışı müxtəlif şirkətlərdən dəvət olunan yerli və əcnəbi maliyyə menecerləri tərəfindən də qiymətləndirilib.

Qalib olan komanda müsabiqənin növbəti turlarında UNEC-i təmsil edəcək. Müsabiqənin final mərhələsi oktyabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

UNEC ailəsi olaraq "The going concern" komandasını təbrik edir və növbəti turlarda komandamıza uğurlar arzu edirik!

Qeyd: CIMA (Sertifikatlı İdarəetmə Mühasibləri İnstitutu) dünyanın ən böyük və aparıcı idarəetmə mühasiblərinin peşəkar təşkilatıdır. CIMA, iş dünyasının tələb etdiyi kritik bilik və bacarıqları inkişaf etdirməyə kömək edən və bütün dünyada böyük və ya kiçik biznes sahələrində, dövlət və ya özəl sektorda fəaliyyət göstərmək üçün lazımi keyfiyyətləri formalaşdıran təşkilatdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay