A

UNEC-in Yaradıcılıq Mərkəzi tərəfindən Xocalı soyqırımının  29-cu ildönümünə həsr olunan tədbiri keçirilib.

Tədbirdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, qorxunc və faciəli hadisələrdən biri kimi daxil olmasından,  erməni millətçi-şovinistlərinin xalqımıza qarşı davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətini yeritməsindən bəhs edib. Xocalının işğaldan azad olunmasına baxmayaraq, Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində səylərin bundan sonra daha da artırılmasının vacibliyini vurğulayıb.

UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova Xocalı faciəsinin yazılı ədəbiyyatda öz əksini tapmasından, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında kitabxanaların rolundan danışıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Minayə Hüseynova, Rəşad Aslan çıxış ediblər.

Sonda Radio UNEC-in tələbə-redaktoru Cabbar Cəlilovun hazırladığı “Xocalı soyqırımı” videoçarxı nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay