A

UNEC-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə xaricdə təhsil barədə təqdimat keçirilib.

İsveçrənin Amerika Universitetinin nümayəndəsi Aleksandros Katsidonis və Unibroad təhsil portalının rəhbəri İradə Həsənova tələbələrə xaricdə təhsil barədə geniş təqdimatla çıxış ediblər.

Təqdimatda unibroad təhsil portalının gənclərin xaricdə təhsil ala bilmələri üçün yaratdığı imkanlar, eləcə də ABŞ, Avropa, Asiyanın aparıcı ali təhsil müəssisələrində bakalavr və magistr təhsili, qəbul qaydaları, yaşam şəraiti barədə ətraflı məlumat verilib. Həmçinin tələbələrin xaricdə təhsillə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay