UNEC-in Maliyyə və mühasibat fakültəsində “15 iyun – Milli Qurtuluş Günümüzdür” mövzusunda tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoyduğunu, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini qeyd edib.
Sonra Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva “15 iyun – Milli Qurtuluş Günümüzdür” mövzusunda çıxış edib. O, 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələnin başlanması, ölkəmizin bütün bəlalardan xilas olması, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirilməsi, neft strategiyasının reallaşdırılması, cəbhədə atəşkəsin əldə olunması, nizami ordu quruculuğu prosesinə başlanması, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradılması haqqında danışıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.