UNEC-in Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərs keçirilib.
Dərsdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekanı dosent Hafis Hacıyev 33 il əvvəl Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd edib.
Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva Azərbaycan xalqının azadlıq mübarizəsi, 20 Yanvar faciəsini şərtləndirən amillər, onun nəticələri, SSRİ rəhbərliyinin cinayətkar əməllərindən danışıb, bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.