A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qaliblərindən olan "CoolBrain" intellektual oyunu keçirilib.

Oyunun əvvəlində layihə rəhbəri Aqil Quliyev gəncləri yarışın mərhələləri və qaydaları ilə tanış edib. UNEC Tələbə Gənclər Təşkilatının əməkdaşlığı ilə 2 gün davam edən layihədə müxtəlif universitetlərin intellektual klublarının komandaları iştirak edib. Yarışın finalında UNEC-in "Qəzəlxan" komandası qalib olub.

Qalib komanda medal, kubok və hədiyyələrlə təltif ediliblər.

Tələbələrimizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay