A

Konsaltinq və insan resursları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Korn Ferry kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri Yaroslav Qlazunov UNEC tələbələri ilə görüşüb.

Rus İqtisad Məktəbinin tələbələri və dekan müavini ilə görüşən Yaroslav Qlazunov “Karyeranın qlobal trendləri” mövzusunda təqdimatla çıxış edib. Həmçinin qlobal bazarın gənc mütəxəssislərdən tələb etdiyi bilik, bacarıq və kompetensiyalar ətrafında maraqlı müzakirələr apararaq, tələbələrin suallarını cavablandırıb.

Tədbirdən sonra Yaroslav Qlazunov UNEC rektoru professor Ədalət Muradovla görüşüb. Y.Qlazunov tələbələrin müzakirələrdə fəallığını, dünyagörüşlərini, biliklərini yüksək qiymətləndirərək, bu görüşlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

Sonra tərəflər arasında Korn Ferry kampaniyası ilə yanaşı, digər biznes qurumlarının idarəediciləri və aparıcı mütəxəssisləri ilə görüşlərin təşkili barədə ilkin razılıq əldə edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay