A

Dünyanın aparıcı universitetlərində, Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti, Kaliforniya Universiteti, Toronto Universiteti, Oksford Universiteti, Tsinxua Universiteti, İllinoys Universiteti, Cənubi Kaliforniya Universiteti, Vaşinqton Universiteti və bir çox universitetlər süni intellekt proqramlarını təklif edir.

Bəs UNEC-də süni zəkanın tətbiqi və fənn kimi tədrisi istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar UNEC-in Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktor müavini, Tədrisin təşkili şöbəsinin müdiri dos. Sevda Sərdarova məlumat verib:

“UNEC-də süni intellektlə bağlı 9 fənn tədris olunur. Bakalavriat səviyyəsində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, magistraturada isə BMDM-də “İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi”, “Süni intellekt və ekspert sistemləri”, UNEC Biznes Məktəbində (MBA) “Dizaynda süni intellekt”, “Süni neyron”, “Süni intellekt tətbiqləri”, “Süni intellektin əsasları”, “Phyton və süni intellekt” fənləri keçirilir.

Fənlər yerli və xarici mütəxəssislər tərəfindən tədris olunur. Yerli müəllimlərin həmin fənlərin tədrisi üzrə bilik bə bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təlim proqramları həyata keçirilir. “Süni İntellekt” fənni üzrə təlimlər Türkiyənin Qazi Universitetinin dosenti Yunus Kayır tərəfindən keçirilib. “Süni Neyron şəbəkələri” fənni üzrə təlimləri isə Yıldız Texnik Universitetinin dosenti Əhməd Elbir keçəcək. Fənnin tədrisi üzrə laboratoriya otaqları da yaradılıb”.

TOP XƏBƏRLƏR