A

İsrailin Ruppin Akademik Mərkəzinin tədris işləri üzrə direktor müavini Dr.Yonit Şahnoviç və MBA kafedrasının direktoru Dr. Yoel Asraf UNEC-də olublar.

Səfər çərçivəsində qonaqlar UNEC-in struktur bölmələrinin rəhbərləri ilə görüşüblər. Görüşdə Ruppin Akademik Mərkəzi və UNEC arasında professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin aparılması və məqalələrin nəşr olunması, həmçinin MBA proqramı üzrə layihələrin hazırlanması və tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

UNEC-in infrastrukturu ilə tanış olan xarici qonaqlar universitetdəki yenilikləri yüksək qiymətləndiriblər. 

TOP XƏBƏRLƏR