A

"Erasmus+" beynəlxalq mübadilə proqramı çərçivəsində UNEC-də olan Slovakiyanın Pan European Universitetin MBA fakültəsinin dekanı Anton Koraus UNEC nəzdində

İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda

(İAETİ) olub.

İAETİ-nin direktoru, professor

Yadulla Həsənli

qonağa burada aparılan tədqiqatlarla bağlı məlumat verib, həyata keçirilən layihələrdən danışıb.

Görüşdə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi yolları müzakirə edilib, gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Müzakirələrdə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və birgə elmi məqalələrin nəşri üçün ilkin razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay