A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və İşlətmə” kafedrasının müəllimi Araz Aslanlı noyabrın 23-24-dək Türkiyənin İstanbul şəhərində keçirilən konfranslarda məruzə ilə çıxış edib.

A.Aslanlı əvvəlcə Marmara Universitetində “Cənubi Qafqazdakı son proseslər və Qarabağ problemi” adlı məruzə ilə çıxış edib. Məruzədə Qarabağ probleminin yaranmasının və həll olunmadan qalmasının səbəbləri izah edilib, eləcə də Qarabağ problemin həll olunmamasının Azərbaycan, region və dünya üçün yaratdığı mənfi nəticələr və risklər barədə məlumat verilib. Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb.

UNEC müəllimi İstanbul Şehir Universitetində keçirilən “Avrasiyanın Balkanları - Qafqaz regionunda Güc Savaşları” adlı konfransda da məruzə ilə çıxış edib. Məruzədə Qafqaz regionunun qlobal və regional güclər üçün əhəmiyyəti, region uğurundakı tarixi rəqabət və hal-hazırda gedən proseslər izah edilib. Konfrans iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay