A

UNEC-in müəllimi ADA Universitetində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən beynəlxalq konfransda iştirak edib.

UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və bu günə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb regional və qlobal bir şəraitdə, Birinci Dünya müharibəsinin sonlarında, Azərbaycana potensial olaraq ən yaxın görünən Osmanlı dövlətinin çətin günlər yaşadığı bir dövrdə, eləcə də Rusiyada yaşanan inqilab və daha sonra bu dövlətin yaşadığı daxili və xarici problemlər fonunda qurulmuşdu. Cümhuriyyət qurucuları hansısa xüsusi bir mirasdan faydalana bilmədikləri üçün ən böyük yük xarici siyasəti formalaşdıranların, xarici əlaqələri qurmağa və xarici dəstək cəlb etməyə çalışanların üstünə düşüb. Rusiya tərəfindən işğal edildikdən sonra da Azərbaycan Xalq Cümhuriyyətinin liderləri xarici siyasəti davam etdirməyə çalışdıqlarını bildirən A.Aslanlı Azərbaycan parlamentinin sədri kimi Ə.M.Topçubaşovun 1920-1923-cü illərdə Millətlər Cəmiyyətinin Cenevrədə keçirilən toplantılarında iştirakını, Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin başçısı kimi 1920-1921-ci illərdə Versal Ali Şurasının rəhbərliyinə dəfələrlə müraciət etməsini misal çəkib.

Konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, millət vəkili Musa Qasımlı, ABŞ-ın Prinston Universitetinin nümayəndəsi M.Raynolds, İsveçin Sabitlik və İnkişaf Siyasəti üzrə İnstitutunun nümayəndəsi S.Kornel, ABŞ-ın Corctaun Universitetinin nümayəndəsi B.Shaffer və digərləri çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay